Azərbaycanın ali təhsil ocağı öz kriptovalyutasını buraxa bilər

Azərbaycanın ali təhsil ocağı öz kriptovalyutasını buraxa bilər
# 01 noyabr 2019 16:29 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “UNECoin” kriptovalyutasını buraxa bilər.

Bunu “APA-Economics”ə UNEC-in rektoru Ədalət Muradov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hələ ciddi bir irəliləyiş olmasa da, məsələ diqqət mərkəzindədir.

“Bu, çox ciddi məsələdir. Dünyada belə bir analoq yoxdur ki, universitetin öz virtual pul vahidi olsun. Biz istəyirik, bunu ilk dəfə olaraq reallaşdıraq”, - deyə Ə. Muradov qeyd edib.

Rektor əlavə edib ki, layihə icra olduğu təqdirdə, gələcəkdə tələbələr universitetin virtual pul vahidi vasitəsilə təhsil haqlarının ödənişini həyata keçirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR