Azərbaycanın mobil qurğular bazarında "Samsung" və “Apple”ın payları azalıb

Azərbaycanın mobil qurğular bazarında "Samsung" və “Apple”ın payları azalıb
# 02 noyabr 2019 13:35 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı sentyabr ayı ilə müqayisədə 1,1 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, noyabrın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 55,4% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 3,6 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.

Bu ilin oktyabr ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 0,26 faiz bəndi artıb. Bu göstərici noyabrın 1-nə olan məlumata görə 15,6% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 8,9 faiz bəndi çoxdur.

Üçüncü yerdə bazar payı 11,2% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı oktyabr ayı ərzində 1,2 faiz bəndi azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 0,12 faiz bəndi azdır.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 4,06%, "Huawei" – 4,05%, LG – 1,75%, "Nokia" – 1,55%, "Lenovo" – 1,14%, HTC – 0,86%, "Alcatel" – 0,66% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR