Azərbaycanın TRACECA-dan gəlirləri 34%-dək artıb

Azərbaycanın TRACECA-dan gəlirləri 34%-dək artıb
# 24 noyabr 2022 11:54 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 571 235,2 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 33,6% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 427 500,8 min manat olub.

Məlumata görə, hesabat dövründə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 624,7 min manat, sərnişin daşınmasından isə 31 610,5 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 33,2% və 41% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 829,6 min ton, sərnişin daşımaları isə 78 647,1 min nəfər olub. Qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4% və 53% çoxdur.

Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır. 2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR