Azərbaycanla Rusiya arasında “Xanoba” gömrük məntəqəsinin tikintisi başa çatır

Azərbaycanla Rusiya arasında “Xanoba” gömrük məntəqəsinin tikintisi başa çatır
# 20 fevral 2023 12:47 (UTC +04:00)

Azərbaycan Prezidenti ikitərəfli razılaşmalar çərçivəsində “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması, habelə “Xanoba” gömrük məntəqəsinin yenidən qurulması üçün vəsait ayırıb.

APA-nın xəbərinə görə, bunu bu gün Dağıstan Respublikası Hökumətinin sədri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovla görüşdə Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev bildirib.

Qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi ilə həmhüdud olan “Xanoba” gömrük məntəqəsinin tikintisi işləri başa çatmaq üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR