"Azercell" "Özəl tarifli gözəl nömrələr" kampaniyasına start verib - FOTO

"Azercell" "Özəl tarifli gözəl nömrələr" kampaniyasına start verib - FOTO
# 11 oktyabr 2019 15:53 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” MMC oktyabr ayının 10-dan başlayaraq “Özəl tarifli gözəl nömrələr” kampaniyasını təqdim edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, rəqəmsal dünyanın bir çox imkanlarını özündə birləşdirən "GəncOL6", "Sərbəst10", "Sərbəst15" tarif paketlərinin birinə qoşulmaqla, fakturasız xətt sisteminə aid gözəl nömrəni ən əlverişli şərtlər ilə əldə etmək üçün əvəzolunmaz fürsət yaradır.

Müştərilərin seçdiyi gözəl nömrədən asılı olaraq, "GəncOL6", "Sərbəst10" və ya "Sərbəst15" tarif paketlərindən 6 və ya 12 ay ərzində pulsuz yararlanmaq üçün müstəsna imkan təklif edilir. Kampaniya çərçivəsində təqdim edilən nömrələrin siyahısı ilə www.azercellim.com saytında tanış olmaq olar. Təklifdən yararlanmaq üçün "Azercell"in rəsmi diler dükanlarına müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR