"Azercell" Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edib

"Azercell" Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edib
  • Clock-gray 13:34
  • calendar-gray 18 Sentyabr 2019

Fəaliyyət dövrü ərzində ölkədə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində layihələrin həyata keçirilməsi ilə fərqlənən “Azercell Telekom” MMC bu dəfə 2020-ci il üçün Tələbə Təqaüdü Proqramını elan edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2009-cu ildən başlayaraq, artıq ənənəvi şəkildə hər il tələbələrə dəstək olmaq məqsədilə təşkil edilən bu layihə nəticəsində, 180-dən çox gənc “Azercell” şirkətinin təqaüdçüsü adına layiq görülüb.

“Rəqəmsal dünyanı “Azercell”lə kəşf et” şüarı altında keçirilən “Azercell”in Tələbə Təqaüdü Proqramında son iki kurs tələbələri öz biliklərini sınaya bilərlər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında dəyərləndiriləcəklər. Qaliblər təhsil ilinin sonunadək “Azercell”dən 200 manat məbləğində aylıq təqaüd almaqla yanaşı, telekom sahəsi haqda biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz fürsət əldə edəcəklər.

Qeyd edək ki, Tələbə Təqaüdü Proqramına 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının (transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir.

Əlavə məlumatla şirkətin rəsmi səhifəsindən tanış olmaq olar. 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date