"Azəriqaz" media və QHT nümayəndələrinin suallarını cavablandıracaq

"Azəriqaz" media və QHT nümayəndələrinin suallarını cavablandıracaq
# 23 dekabr 2021 15:19 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 24 dekabr saat 11:00-da başlayacaq.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Məlumata görə, vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR