"Azəriqaz" yararsız sayğacların istismara qaytarılması üzrə işlər aparır

"Azəriqaz" yararsız sayğacların istismara qaytarılması üzrə işlər aparır
# 14 yanvar 2022 13:37 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyi "Gəncə Cihazqayırma Zavodu" ASC ilə istismar üçün yarasız olan sayğacların istehsalata yenidən qaytarılmasına dair danışıqlar aparılır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əhali abonent qrupu üzrə qaz sayğaclarının istismar müddəti 10-20 il arasıdır, lakin 5 ildən bir sayğaclar dövlət yoxlanılmasına çıxarılır. Dövlət yoxlamasından keçən sayğacların təqribən 15-20% yararsız çıxır.

"Biz "Gəncə Cihazqayırma Zavodu" ilə danışıqlar aparırıq. Yəni yaxın gələcəkdə həmin yararsız çıxan sayğacların tam istehsalata qayıtması üçün işlər aparılır", - R. Əliyev qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR