Bank Of Baku

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
# 17 oktyabr 2026 10:32 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətlərindən 121 051 min sərnişin istifadə edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə taksi ilə daşınan sərnişinlərin sayı 9% artıb.

Eyni zamanda, hesabat dövründə avtobuslarla daşınan sərnişinlərin sayı 1 482 288,6 min təşkil edib, bu da illik müqayisədə 11,4% artım deməkdir.

Qeyd etmək lazımdır ki, yanvar-sentyabr aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 1 771 305,6 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 9,7% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR