"Azəristiliktəchizat" istilik mövsümünə vaxtında başlayacaq

"Azəristiliktəchizat" istilik mövsümünə vaxtında başlayacaq
# 01 noyabr 2019 13:06 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC 2019-2020-ci illərin payız-qış istilik mövsümünə tam hazırdır.

ASC-dən "APA-Economics"ə verilən məlumatına görə, yeni mövsümün başlanılması məqsədilə lazımi hazırlıq işləri aparılıb və plana uyğun olaraq noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanacaq: "Bütün lazımi işlər aparılıb və bu ayın 15-dən gec olmayaraq istilik mövsümünə start veriləcək".

Xatırladaq ki, "Azəristiliktəchizat"-də 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı və etibarlı istilik təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq Bakı şəhəri və respublikanın regionlarında 550 qazanxananı və 90 istilik məntəqəsi kompleksini yoxlamadan keçirib. Mövsümə hazırlıq çərçivəsində Bakı və respublika üzrə 530 odluq təmir edilib, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1190 ədəd qazan mexaniki və kimyəvi üsullara təmizlənib, qazanlarda 1 810 kvadrat metr izolyasiya örtüyü təmir edilib.

Mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3 850 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1 600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR