“Azərpoçt” və “Azərkosmos” ili zərərlə başa vurmaları ilə bağlı məlumatları təkzib edir

“Azərpoçt” və “Azərkosmos” ili zərərlə başa vurmaları ilə bağlı məlumatları təkzib edir
# 07 yanvar 2023 14:48 (UTC +04:00)

“Azərpoçt” və “Azərkosmos” ötən ili zərərlə başa vurmaları barədə yayılan məlumatları əsassız hesab edir.

Qurumlardan “APA-Economics”ə verilən məlumata görə, "Azərpoçt"da 2021-ci ildən təşkilati struktur, idarəetmə, əməliyyatlar, xərclərin optimallaşdırılması da daxil olmaqla bir neçə istiqamətdə geniş islahatlara start verilib. 2022-ci ildə də davam etdirilən islahatlar həm də gəlirlərin artması baxımından artıq öz faydasını verməkdədir.

“Azərpoçt” 2020-ci ildə yaranmış zərərin həcmini 2021-ci ildə 30% azaldıb. Daxili hesablamalar göstərir ki, həyata keçirilmiş tədbirlər nəticəsində “Azərpoçt” 2022-ci ili 3.5-4.0 milyon manat mənfəətlə başa vurub.

“Azərkosmos” son 3 ildə, ardıcıl olaraq hər il fəaliyyətini mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR