"Azərsu": Şuşa şəhəri 24 saat fasiləsiz içməli su ilə təmin olunur

"Azərsu": Şuşa şəhəri 24 saat fasiləsiz içməli su ilə təmin olunur
# 01 mart 2023 13:17 (UTC +04:00)

Şuşa şəhəri işğaldan azad olunandan sonra bura ilk qurum kimi “Azərsu” ASC olaraq cəlb olunmuşuq.

"APA-Economics" xəbər verir ki, bunu “Azərsu” ASC-nin İşğaldan azad olunmuş əraziləri üzrə xidmət rəisi Oqtay Hacıyev bildirib. Onun sözlərinə görə, Şuşa şəhərini su ilə təmin edən Nəbilər (Kiçik Zars dağının ətəyindən gəlir) və Zarıslı su xətti ermənilər tərəfindən tamamilə dağıdılsa da qısa zamanda təmir edilib.

“Relyefi çətin olduğu üçün, qlobal istiləşmə baş verdiyi və suyun səviyyəsinin azaldığı üçün bilirdik ki, biz Şuşanı öz axını ilə gələn sular ilə içməli su ilə təmin edə bilməyəcəyik. Bundan sonra öz axını ilə nasos stansiyasına ötürülən 25 min kub metr su anbar sahəsi yaradılıb. Həmin nasoslarla Şuşa şəhəri 24 saat fasiləsiz içməli su ilə təmin olunur”, - deyə xidmət rəisi vurğulayıb.

Aytən Sakitqızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR