"Bakı Beynəlxalq Dəniz Limanı" ATƏT-lə birgə yeni layihəyə başlayıb

"Bakı Beynəlxalq Dəniz Limanı" ATƏT-lə birgə yeni layihəyə başlayıb
# 14 iyun 2019 11:05 (UTC +04:00)

Enerji təhlükəsizliyi, rəqəmsallaşdırma və bağlılıq ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının mühüm bir hissəsidir.

"APA-economics"in məlumatına görə, bu barədə ATƏT-in İqtisadi və Ətraf mühit Əlaqələndiricisi, səfir Vuk Zugic "Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi" layihəsinin təqdimatı zamanı bildirib.

Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Limanı” bu gün ATƏT-lə birgə Xəzər dənizi limanlarımda "rəqamsal dəniz" in gücləndirilməsinə dair birgə layihəyə başlayıb.

V. Zugicin sözlərinə görə, bu gün ATƏT-in Bakı Limanı ilə başladığı layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanın yaşıl liman və bağlılıq mövzusunda Xəzər dənizində mövqelərini gücləndirəcək.

Qeyd edək ki, adıçəkilən layihə ATƏT tərəfindən qəbul edilmiş "ATƏT Regionunda Enerji ilə Əlaqədar Fəaliyyətlərin Ətraf Mühitə Təsirini Azaltmaq", "ATƏT-də Nəqliyyat Üzrə Dialoqun Gücləndirilməsi" və "Düzgün İdarəetmənin Gücləndirilməsi və Bağlılığın Təşviqi" proqramları çərçivəsində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR