Bakı limanı: Yüklərin Zəngəzur dəhlizi ilə daşınması ikiqat ucuz başa gələcək

Bakı limanı: Yüklərin Zəngəzur dəhlizi ilə daşınması ikiqat ucuz başa gələcək
# 14 noyabr 2022 14:30 (UTC +04:00)

Zəngəzur dəhlizinin açılması Çindən ölkəmizə və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından iki həftə daha tez çatmasına imkan verəcək.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, vaxta qənaət edilməsi ilə yanaşı, bu, qiymətə də öz təsirini göstərəcək.

"Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək", - departament rəhbəri qeyd edib.

O əlavə edib ki, qlobal logistikada olduğu kimi regional logistikada da Zəngəzur dəhlizi vaxt və vəsait qənaəti baxımından önəmlidir: "Türkiyədən gələn TIR-lar Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də azalacaq".

Xudayar Həsənli onu da əlavə edib ki, Zəngəzur dəhlizi Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da vacibdir. Gübrə məhsullarının Afrika ölkələrinə daşınması vaxtı azalır, çünki Gürcüstanın Poti limanı vasitəsilə daşınma daha böyük vaxt və xərc tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR