Bakı metropoliteninin uç komitəsinin yeni tərkibi təsdiqlənib

Bakı metropoliteninin uç komitəsinin yeni tərkibi təsdiqlənib
# 10 iyun 2022 11:21 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC-nin audit, strategiya və investisiyalar komitələrinin yeni tərkibləri təsdiq edilib.

Azərbaycan İnvestisiya Holdinqindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan komitələrin yeni tərkibləri QSC-nin Müşahidə Şurasının növbəti iclasında formalaşıb.
Şuranın sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, QSC-nin sədri Zaur Hüseynov və digər vəzifəli şəxslər iştirak ediblər.

İclasda Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyəti müzakirə olunub. Həmçinin QSC-nin korporativ strukturuna daxil olan bölmələrin ştat cədvəlinin təsdiq edilməsinə razılıq verilib.

İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR