Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq
# 30 dekabr 2022 12:25 (UTC +04:00)

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 2 yanvar 2023-cü il gecə saat 01:00-dan 05:00-dək (4 saat) hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR