Bakıda "AICT 2019" beynəlxalq konfrans keçirilir

Bakıda "AICT 2019" beynəlxalq konfrans keçirilir
# 23 oktyabr 2019 14:46 (UTC +04:00)

Bu gün ADA Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2019”) mövzusuna dair dahi azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş XIII beynəlxalq konfrans işə başlayıb.

"APA-Economics"in məlumatına görə, üç gün davam edəcək konfransda 25 ölkənin alim və mütəxəssisləri iştirak edir ki, onlar İKT-nin müxtəlif sahələrində olan ən son yeniliklərlə bölüşəcək, bu mövzu ətrafında müzakirələr aparacaqlar. Texnologiyaların dəyişmə trendərinə də sözügedən tədbirdə geniş yer ayrılacaq.

“AICT 2019” konfransına ADA Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstək verir.

Qeyd edək ki, bu konfrans artıq 5-ci dəfədir Bakıda keçirilir. Bundan əvvəl tədbir 2009-cu, 2011-ci, 2013-cü və 2016-cı illərdə Azərbaycanın paytaxtında təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR