Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
# 01 oktyabr 2019 09:52 (UTC +04:00)

Oktyabrın 1-də səhər saat 10:00-dan Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən “APA-Ecobomics”ə verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Bundan başqa, Pirallahı rayonu “Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR