Bu ilin yanvar-mart ayları ərzində 73 346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur. Rüblük göstəricinin 17 979-u (24,5 %-i) ilkin, 55 367-si (75,5%-i) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10 837-si fərdi yaşayış və bağ evi, 19 253-ü mənzil, 40 572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19 776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb
18 aprel 2022 16:53 (UTC +04:00)
İnfrastruktur
Azərbaycanda taksi fəaliyəti üçün icazələrin verilməsinə başlanılıb
13:47
7 may 2024
Bakı aeroportunda 2024-cü ilin aprel ayında sərnişin axını 50% artıb
12:53
7 may 2024
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
11:59
7 may 2024
Bakı metrosunda qatarda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb
18:22
6 may 2024