Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir
# 07 fevral 2023 13:03 (UTC +04:00)

Bir çox kiberhücumların dövlət qurumlarına yönləndirilməsi məhz elektron poçt vasitəsilə həyata keçirilir.

APA-Economics” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov "Dövlət qurumlarının İT rəhbərlərinin I Zirvə toplantısı"nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, dövlət elektron poçt sisteminin öz mühafizə sistemi bu elektron poçtları araşdıraraq onların tərkibində zərərverici olub-olmamasını daim yoxlayır.

“Buna görə də bəzən dövlət qurumları deyir ki, hansısa elektron poçtu göndəririk onun çatdırılmasında sürət problemi olur. Bu problemi biz yeni elektron poçt xidmətində aradan qaldıracağıq. Amma bu gecikmə təhlükəsizlik yoxlamaları ilə bağlıdır”, - deyə Tural Məmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR