Azərbaycanda ilk dəfə elektrik enerjisinin istehlakına görə abunə haqlarının yığımında QR ödəniş sistemi tətbiq olunub

Azərbaycanda ilk dəfə elektrik enerjisinin istehlakına görə abunə haqlarının yığımında QR ödəniş sistemi tətbiq olunub
# 04 iyul 2019 10:11 (UTC +04:00)

Azərbaycanda ilk dəfə elektrik enerjisinin istehlakına görə abunə haqlarının yığımında QR ödəniş sistemi tətbiq olunub. Bunu “APA-Economics”ə "GoldenPay" şirkətindən deyiblər.

Şirkətin məlumatına əsasən, ödəniş aparmaq üçün abunəçiyə təqdim olunan qəbzin üzərindəki QR-kodu hesab.az əlavəsi vasitəsilə skan etmək kifayət edir ki, ödəniş dərhal həyata keçirilsin.

Qeyd edək ki, hazırda QR ödənişlər Bakının 4 parkinqində tətbiq olunur. Xidmət "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərinin, həmçinin "Garage" və "Port Baku"nun parkinqlərində mövcuddur.

Yaxın gələcəkdə xidmət paytaxtın digər avtomobil parkinqlərində, eləcə də kiçik və orta biznesdə istifadə olunan ödənişlərdə, marketlərdə həmçinin ticarət obyektlərində də tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR