Əfqanıstan və İran arasında ilk dəmiryol xətti açılıb

Əfqanıstan və İran arasında ilk dəmiryol xətti açılıb
# 10 dekabr 2020 15:47 (UTC +04:00)

Bu gün İran və Əfqanıstan liderləri iki ölkə arasında 140 km uzunluğunda olan ilk dəmiryol xəttinin açılışını ediblər.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, İranın şərqindən Əfqanıstanın qərbinə uzanan dəmir yolunun Əfqanıstanın Herat şəhərinə qədər daha 85 km uzanacağı gözlənilir ki, bu da Əfqanıstan kimi dənizə çıxışı olmayan ölkə üçün həlledici nəqliyyat əlaqəsi olacaq. 75 mln. ABŞ dollarlıq layihənin icrasına 2007-ci ildə başlanılıb və İranın Əfqanıstanın inkişafına köməyi proqramı çərçivəsində tam olaraq İran tərəfindən maliyyələşdirilib.

Qeyd edək ki, İran Əfqanıstana və digər dənizə çıxışı olmayan Asiya ölkələrinə Fars Körfəzi və Oman Körfəzindəki limanlara mal daşımasına şərait yaradaraq özünü regional nəqliyyat mərkəzinə çevirməyə ümid edir.

Xatırladaq ki, İranın artıq Türkmənistan, Pakistan və Türkiyə ilə dəmir yolu əlaqələri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR