Gürcüstan və Azərbaycan arasında yük daşımalarında vahid tarif tətbiq edilə bilər

Gürcüstan və Azərbaycan arasında yük daşımalarında vahid tarif tətbiq edilə bilər
  • Clock-gray 11:51
  • calendar-gray 23 Oktyabr 2019

Azərbaycan və Gürcüstan yük daşımalarında vahid tariflərə başlanması ilə bağlı danışıqlara start verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Akaki Saqiraşvili bildirib.

Onun sözlərinə görə, artıq məsələ ilə əlaqədar işçi qrupun yaradılması istiqamətində hazırlıqlara başlanılıb.

“Müzakirə ediləcək əsas məsələ nəqliyyat və logistikadır. Bununla əlaqədar region ölkələri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirdik. Bolqarıstan, Ukrayna, İran, Türkiyə də daxil olmaqla dəhlizimizdə olan ölkələr arasında əlaqələrin dərinləşməsinə diqqətimizi yönəltdik. Ötən gün bu məqsədlə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Tarif siyasətinə də yenidən baxılacaq. Düzəliş tələb oluna bilər. Yaxın vaxtlarda bərə və yük daşınması ilə bağlı araşdırmalara başlayacağıq. Bu araşdırma əsasında tərəfdaşlarımızla dəhlizin rəqabət qabiliyyətini artırmaq və yüklərimizin bir hissəsini dəhlizimizə daşımaq üçün gələcək planlarımızı işləyə biləcəyik”, - deyə A. Saqiraşvili bildirib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date