Hacıqabul, Şirvan və Bakının Qaradağ rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Hacıqabul, Şirvan və Bakının Qaradağ rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 02 iyul 2019 14:41 (UTC +04:00)

"Azərsu" ASC Hacıqabul, Şirvan və Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlərin olması ilə bağlı məlumat yayıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - ASC-nin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR