Kosmik fəaliyyətin tənzimlənməsinin hansı istiqamətlərdə həyata keçiriləcəyi açıqlanıb

Kosmik fəaliyyətin tənzimlənməsinin hansı istiqamətlərdə həyata keçiriləcəyi açıqlanıb
# 11 may 2023 11:02 (UTC +04:00)

Azərbaycan Respublikasında kosmik fəaliyyətin tənzimlənməsinin hansı istiqamətlərdə həyata keçiriləcəyi açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında kosmik fəaliyyətin tənzimlənməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

- kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması;

- kosmik obyektlərin dövlət qeydiyyatı;

- orbital mövqelərin əldə edilməsi və qorunması;

- kosmik fəaliyyətin tənzimlənməsinin bu Qanundan irəli gələn digər istiqamətləri.

Milli kosmik operatora öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR