Kristal Abşeron: "Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı"

Kristal Abşeron: "Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı"
# 03 mart 2023 16:10 (UTC +04:00)

Ötən gün bəzi xəbər saytlarında "Kristal Abşeron binaları əyildi, sakinlər təhlükədə" başlıqlı yazılar dərc edilib.

"Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş "Kristal Abşeron"un əməkdaşları dərhal yayılan xəbərlə maraqlanıb və adıçəkilən binaya baxış keçiriblər.

Məlumata görə, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dəmir lövhələrin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı təsir göstərmir.

Şirkət bildirib ki, bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Yaşayış binası konstruktiv cəhətdən yüksək səviyyədədir və memarlığında hər hansı bir dəyişiklik yoxdur. “Qobu Park-2” binaları tam təhlükəsiz, sakinlərin rahat yaşamı üçün yararlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR