Naxçıvanda fiber-optik magistral şəbəkə yenilənəcək

Naxçıvanda fiber-optik magistral şəbəkə yenilənəcək
# 05 iyun 2023 15:27 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında infrastruktur təminatının inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənəddə mobil rabitənin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi, fiber-optik magistral şəbəkənin yenilənməsi, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR