Nazir: Lapis Lazuli tranzit dəhlizinin təşviqi istiqamətində tədbirlər görüləcək

Nazir: Lapis Lazuli tranzit dəhlizinin təşviqi istiqamətində tədbirlər görüləcək
# 11 oktyabr 2019 11:18 (UTC +04:00)

Lapis Lazuli tranzit dəhlizi vasitəsilə Əfqanıstan məhsullarını həm Azərbaycana, həm də Azərbaycan vasitəsilə digər ölkələrə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu dəhlizin təşviqi istiqamətində tədbirlər görüləcək.

"Əfqanıstan tərəfi ölkənin investisiya imkanları haqqında təqdimatlar keçirəcək və yaxın zamanlarda bu istiqamətdə işlər görüləcək. Biz şərait yaradacağıq ki, Əfqanıstan şirkətləri öz imkanlarını Azərbaycanda təqdim etsinlər, həmçinin Azərbaycan şirkətləri də Əfqanıstanda fəaliyyət göstərmək üçün niyyətləri olduğu təqdirdə, bu imkanlardan istifadə edə bilərlər", - deyə Ş. Mustafayev qeyd edib.

Nazir həmçinin əlavə edib ki, iqtisadi sahədə əməkdaşlıq üzrə işçi qrupu fəaliyyət göstərir və işçi qrupunun birinci iclası bu ilin iyun ayında Bakıda keçirilib.

"İşçi qrupunun iclasında ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından bütün sahələrdə təhlillər aparılır. Gələcəkdə də bu təhlillər sən istifadə edib, ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün bütün tədbirləri görəcəyik ki, bu əlaqələr hazırda yüksək səviyyədə olan siyasi əlaqələr səviyyəsinə çatsın", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR