Nazir müavini: “Xəzər-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun layihəsi hazırdır”

Samir Məmmədov

© APA | Samir Məmmədov

# 23 iyun 2022 12:48 (UTC +04:00)

“Xəzər-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzərində iş aparılır”.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında bildirib.

O deyib ki, artıq layihə hazırdır və tərəflərə baxılması üçün təqdim edilib:

"Həmçinin rəqəmsal sahədə də böyük işlər aparılır. Bu gün ənənəvi şəhərlərin "ağıllı şəhər"lərə çevrilməsi qarşımızda dayanan prioritet məsələlərdəndir. Digər tərəfdən, Azərbaycanda əhalinin 81 faizdən çoxunun internetə çıxışı var. 6 milyondan çox abunəçi genişzolaqlı internetlə təmin edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR