Parlament BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair Sazişi ratifikasiya edəcək

Parlament BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair Sazişi ratifikasiya edəcək
# 06 iyun 2023 15:52 (UTC +04:00)

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişi ratifikasiya edəcək.

APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR