Parlamentdə Baş nazirdən sənədsiz evlərin sənədləşdirilməsi üçün tapşırıq vermək xahiş olunub

Parlamentdə Baş nazirdən sənədsiz evlərin sənədləşdirilməsi üçün tapşırıq vermək xahiş olunub
# 17 mart 2023 15:03 (UTC +04:00)

Sosial problemlərdən biri müvafiq icazə olmadan tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlıdır.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, rəsmi məlumatlara görə, bu cür evlərin sayı 500 mindən çoxdur: “Neçə illərdir bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarlar verir, cənab Prezidentin tapşırığı olur. Di gəl ki, problem həllini tapmır. Problemin vaxtında həll edilməməsi yeni problem yaratmaqdadır. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su və kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana və s. sosial ehtiyacları qarşılana bilmir. Qeydiyyatda olmadıqlarına görə bu vətəndaşlar seçki hüquqlarından tam istifadə edə bilmirlər”.

Parlamentin komitə sədri Baş nazirdən məsələnin qısa zamanda həlli üçün tapşırıq verməyi və prosesi nəzarətə götürməyi xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR