Rostovdan Bakıya birbaşa aviareys açılacaq

Rostovdan Bakıya birbaşa aviareys açılacaq
# 31 avqust 2019 12:43 (UTC +04:00)

Rusiyanın “Azimut” aviaşirkəti Rostovdan Bakıya və Tel-Əvivə, həmçinin Krasnodardan Münhenə birbaşa aviareyslər açmaq niyyətindədir.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu ilin qış mövsümündə bütün lazımi razılıqları əldə etdikdən sonra aviaşirkət bir neçə reys açmağı planlaşdırır. Belə ki, Rostovdan Tel-Əviv və Bakıya, eyni zamanda Krasnodardan Münhenə birbaşa aviareyslərin açılışı gözlənilir.

Qeyd edək ki, “Azimut” aviaşirkəti Rostovun Platov və Krasnodarın Paşkovski hava limanlarından uçuşlar yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR