Sabahdan Samara-Bakı üzrə daha bir aviareys açılacaq

Sabahdan Samara-Bakı üzrə daha bir aviareys açılacaq
# 27 iyul 2022 13:53 (UTC +04:00)

İyulun 28-dən etibarən Rusiyanın “Utair” aviaşirkəti Samara-Bakı reysi üzrə uçuşlara başlayacaq.

APA-Economics” aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Biletin qiyməti 7 560 rubldan (213 manatdan) başlayır.

“Utair”in prezidenti Oleq Semenovun sözlərinə görə, şirkət region sakinlərinin müraciəti əsasında yeni istiqamətlər açmağı planlaşdırır.

“Biz daha bir beynəlxalq reys açırıq, əminik ki, buna tələbat olacaq”, - Oleq Semenov qeyd edib.

Xatırladaq ki, hazırda Samara-Bakı marşrutu üzrə uçuşlar “İrAvia” aviaşirkəti tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR