Şahin Mustafayev: "Xanoba" məntəqəsi tranzit üçün geniş imkanlar yaradacaq

Şahin Mustafayev: "Xanoba" məntəqəsi tranzit üçün geniş imkanlar yaradacaq
# 17 mart 2023 14:38 (UTC +04:00)

"Xanoba" sərhəd-buraxılış məntəqəsi tranzit daşımalar üçün geniş imkanlar yaracaq.

"APA-Economics" xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

"Bu sərhəd buraxışılış məntəqəsi həm buraxılış imkanlarının artırılmasına, həm Rusiya ilə Azərbaycan arasında ikitərəfli ticarət əlalərinə ciddi xidmət göstərəcək, həm də tranzit daşımaları üçün geniş imkanlar yaranacaq", - Şahin Mustafayev qeyd edib.

Onun sözlərinə görə, "Xanoba" sərhəd-buraxılış məntəqəsi müasir avadanlıqlarla təchiz olunub. Gələcəkdə şimaldan cənuba yükdaşımaların əhəmiyyətli dərəcədə artırılmasına xidmət edəcək.

Buraxılış məntəqəsindən yük maşınlarının, 30 avtobus, 1000-ə yaxın minik avtomobilin, 1000-dən çox sərnişinin keçidi təmin olunacaq.

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR