Sankt-Peterburq–Bakı aviareysinin açılacağı tarix məlum olub

Sankt-Peterburq–Bakı aviareysinin açılacağı tarix məlum olub
# 22 iyul 2019 16:11 (UTC +04:00)

Rusiyanın "Smartavia" şirkəti Sankt-Peterburqdan Bakıya açılacaq birbaşa aviareysin tarixini elan edib.

APA-Economics”in aviaşirkətə istinadən verdiyi məlumata görə, Sankt-Peterburq–Bakı aviareysi üzrə uçuşlara iyulun 25-dən etibarən başlanacaq. Uçuşlar hər həftənin IV və VI günləri “Boeing 737-700” təyyarələri ilə Pulkovo aeroportundan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin III və VII günləri "Azərbaycan Hava Yolları" (AZAL) və V günləri "Buta Airways" şirkətləri yerinə yetirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR