“TEKNOFEST Azərbaycan” “Türksat” peyki ilə yayımlanacaq

“TEKNOFEST Azərbaycan” “Türksat” peyki ilə yayımlanacaq
# 25 may 2022 17:54 (UTC +04:00)

26 – 29 mayda Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının “Türksat” peyki vasitəsilə yayımını “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) təmin edəcək.

APA-Economics” xəbər verir ki, bu məqsədlə “Teleradio” İB-yə məxsus DSNG rəqəmsal peyk stansiyası festivalın keçiriləcəyi əraziyə gətirilib və sınaq yayımları uğurla həyata keçirilib. Əsas və ehtiyat rəqəmsal yayım avadanlıqları ilə təchiz edilmiş stansiya vasitəsilə canlı yayımların Full HD formatında peykə ötürülməsi nəzərdə tutulur. Yayımların təyin olunan texniki parametrlərdə həyata keçirilməsinə nəzarət məqsədilə peyk stansiyası rəqəmsal monitor-nəzarət sistemi ilə də təmin olunub.

Qeyd edək ki, “Teleradio” İB-yə məxsus DSNG rəqəmsal peyk stansiyası buna qədər də bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin canlı yayımlarının peykə ötürülməsini uğurla həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR