Yaxın vaxtlarda Azərbaycanla Qazaxıstan arasında Xəzəraltı fiber-optik kabel magistralının tikintisinə başlanacaq

Yaxın vaxtlarda Azərbaycanla Qazaxıstan arasında Xəzəraltı fiber-optik kabel magistralının tikintisinə başlanacaq
# 19 sentyabr 2019 16:48 (UTC +04:00)

Azərbaycan-Qazaxıstan arasında Xəzəraltı fiber-optik kabel magistralının tikintisinə (Transxəzər layihəsi) yaxın vaxtlarda başlanılacaq.

"APA-Economics"in xəbərinə görə, bunu Bakıda keçirilən "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev deyib.

Onun sözlərinə görə, layihənin texniki analizi aparılıb və yaxın günlərdə tender prosesləri başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.

"Digital Hub" layihəsi çərçivəsində icra olunacaq işlər üç fazadan ibarətdir. Birinci fazanın əsas hissəsi Asiya və Avropa arasında rəqəmsal tranzit marşrutun yaradılmasıdır ki, həmin bu marşrutun bir hissəsi də Transxəzər layihəsidir. Bu layihə iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan-Qazaxıstan, ikinci isə Azərbaycan-Türkmənistan istiqamətində nəzərdə tutulur", - deyə F. Allahverdiyev qeyd edib.

Şirkət rəhbəri əlavə edib ki, hazırda Transxəzər layihəsinin ikinci fazası olan Türkmənistan istiqamətində layihələndirmə işləri davam etdirilir: "Burada məqsəd gələcəkdə bu marşrut üzrə Əfqanıstan, Pakistan və Hindistan istiqamətində yerüstü trafik marşrutlarının Azərbaycandan nəql etməkdir", - deyə F. Allahverdiyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR