Yay Olimpiya Festivalı Heydər Əliyev Hava Limanının işinə təsir etməyib

Yay Olimpiya Festivalı Heydər Əliyev Hava Limanının işinə təsir etməyib 
  • Clock-gray 19:44
  • calendar-gray 18 İyul 2019

Ölkəmizdə Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi Heydər Əliyev Hava Limanının iş rejiminə təsir etməyib.  

"APA-Economics"in məlumatina görə,  bu barədə jurnalistlərə Hava Limanının rəhbəri Teymur Həsənov söyləyib. 

Onun sözlərinə görə, iştirakçılar artıq bir neçə gün əvvəl Bakiya gəlməyə başlayıb və bu proses əsasən müntəzəm reyslərlə baş tutur. 

"Bir neçə çarter reysi də var, amma bu, hava limanının ümumi iş rejiminə təsir göstərmir", deyə Həsənov qeyd edib.  

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date