Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 12 medal qazanıblar

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 12 medal qazanıblar
  • Clock-gray 13:48
  • calendar-gray 08 İyul 2019

İtaliyanın Aurontso-di-Kadore şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə beynəlxalq turnir keçirilib.

APA-nın məlumatına görə, Beynəlxalq Kanoe İttifaqının yeniyetmə və gənclər arasında təşkil etdiyi yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunub. 

Onlar müxtəlif məsafələrə yarışda komandamızın aktivinə 7 qızıl, 2 gümüş və 3 bürünc medal yazdırıblar. 

Nəticələr
Gənclər

Vadim Hüseynov (1999-cu il təvəllüdlülər arasında, kanoe) - 1000 m məsafəyə yürüş - 3-cü yer;
Malxaz Çinçaraşvili (1997, kanoe): 1000 m - 1-ci yer; 500 m - 1-ci yer; 200 m - 3-cü yer;
Vadim Hüseynov - Malxaz Çinçaraşvili cütlüyü; 1000 m - 1-ci yer; 500 m - 1-ci yer; 200 m - 3-cü yer;

Yeniyetmələr
Kumber Çxutiaşvili (2002, kayak): 200 m - 1-ci yer;

16 yaşa qədər
Tofiq Bayramov (2004, kayak): 500 m - 1-ci yer; 200 m - 2-ci yer;
Gülnarə Həmzəyeva (2006, kanoe): 500 m - 1-ci yer; 200 m - 2-ci yer;

Qeyd edək ki, turnirə 15 ölkədən 600-dən çox idmançı qatılıb. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date