Tikililərin ümumi reyestrinə təqdim olunan sənədlərin gecikmələri azalıb

Tikililərin ümumi reyestrinə təqdim olunan sənədlərin gecikmələri azalıb
# 20 avqust 2019 16:08 (UTC +04:00)

Tikililərin ümumi reyestrinə təqdim olunan sənədlərin gecikmələri əhəmiyyətli dərəcədə azalıb.

"APA-Economics"-in məlumatına görə, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının 2019-cu ilin 2-ci yarım illiyi üzrə işçi qruplarının İcra və Kommunikasiya Planlarının müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, Komitə tərəfindən bu prosedur barədə məlumatlıq səviyyəsinin artırılması məqsədilə aparılacaq islər 2-çi yarımilliyin tədbirlər planında öz əksini tapıb.

"Tikililərin ümumi reyestri hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır və biz reyestrə daxil olan sənədlərdən müsbət dinamikanı izləyirik. Bildiyiniz kimi, gecikmələrə görə 2 min manatadək sanksiyalar tətbiq olunur. Lakin son vaxtlar demək olar ki, biz cəza sanksiyaları tətbiq etmirik. Çünki sənədlər vaxtında çatdırırlır",- deyə D.Dövlətxanov qeyd edib.

Komitənin sədr müavini əlavə edib ki, əgər əvvəllər rayonlardan reyestrə təqdim olunan sənədlərin tamlığı ilə bağlı çoxlu sayda iradlar olurdusa, artıq demək olar, bu iradların əksəriyyəti aradan qaldırılıb.

"Müddət cəhətdən də biz görürük ki, tikinti icraatında aparılan icra prosedurları qanunun tələbinə uyğun olaraq vaxtında aparılır və gecikmələrə yol verilmir",- deyə D.Dövlətxanov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR