Son bir ildə Azərbaycanda bank aktivlərinin həcmi 70%, passivləri isə 72% artıb

Son bir ildə Azərbaycanda bank aktivlərinin həcmi 70%, passivləri isə 72% artıb
# 29 oktyabr 2008 13:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 9 913,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 70,3% çoxdur. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, cari ildə isə bank aktivləri 47,4% artıb.
Bank aktivlərinin strukturunda əsas yeri müştərilərə verilən kreditlər (xalis həcmi) tutur. Aktivlərin bu təsnifat qrupuna 6 304,3 mln. manat və ya aktivlərin 63,59%-i aiddir. Bu göstərici üzrə illik artım tempi 80,6% təşkil edib.
Ümumilikdə isə, bank aktivlərinin strukturu aşağıdakı kimi olub:




Cari ilin oktyabrın 1-nə bank passivlərinin 84,3%-i öhdəliklərin payına düşüb, bu da mütləq ifadədə 8 357,2 mln. manata bərabərdir. Bu göstərici il ərzində 71,9%, ilin əvvəlindən isə 48,5% artıb.
Öhdəliklərin 48,1%-i və ya 4 019,9 mln. manatı depozitlərin payına düşüb. Eyni zamanda, maliyyə sektorundan alınan kredit və depozitlərin həcmi 3 122,7 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisindən 2,25 dəfə çoxdur. Bankların məcmu kapitalının həcmi isə 1 556,6 mln. manat təşkil edib və bu göstəricinin illik artımı 62,2%-ə bərabər olub.
Ümumilikdə, bank passivlərinin strukturu aşağıdakı kimi olub:


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR