Azərbaycan bankların məcmu mənfəəti son bir ildə 76% artıb

Azərbaycan bankların məcmu mənfəəti son bir ildə 76% artıb
# 30 oktyabr 2008 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2008-ci ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi məcmu mənfəət 351,61 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisindən 75,7% çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların vergi ödənilənədək mənfəəti 205,33 mln. manat təşkil edib. Bu da 2007-ci ilin analoji 9 aylıq göstəricisini 63,3% üstələyir.
Mənfəətin strukturunda faiz gəlirləri 708,98 mln. manat (illik artım – 90,5%), faiz xərcləri 318,62 mln. manat (artım – 2,04 dəfə), qeyri-faiz gəlirləri 210,82 mln. manat (artım – 48,4%), qeyri-faiz xərcləri isə 249,58 mln. manat (artım – 58,3%) təşkil edib.
Göründüyü kimi, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyir ki, bu tendensiya artıq son illər Azərbaycanın özəl bank sistemində adət halını alıb. Faiz gəlirlərinin əsas hissəsi (630,57 mln. manat və ya 88,9%) müştərilərə verilən kreditlər hesabına formalaşıb. Bu dominantlıq da artıq bank sistemində uzun müddətdir müşahidə olunur, çünki banklar əsasən kreditləşmədən gəlir götürür, qeyri-faiz əməliyyatlarından isə yalnız zərər çəkir. Qeyri-faiz xərclərinin formalaşmasında əmək haqlarının ödənilməsi (41,6%), digər əməliyyat xərcləri (32,5%) və əsas vəsaitlərlə bağlı xərclər (25,9%) iştirak edib.
Aşağıdakı cədvəldə 2008-ci və 2007-ci ilin yanvar-sentyabr ayları üzrə bankların mənfəətinin müqayisəsi aparılır (mln. manatla):




Göründüyü kimi, cari ilin üç rübü ərzində banklar tərəfindən əldə olunan mənfəət ötən ilin analoji məcmu göstəricisini üstələyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR