Azərbaycan Mikromaliyyə Assosiasiyası USAID-in dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Azərbaycan Mikromaliyyə Assosiasiyası USAID-in dəstəyi ilə yeni layihənin icrasına başlayıb
# 30 oktyabr 2008 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) «İnsan resursları üzrə strategiyanın təkmilləşdirilməsi» layihəsinin icrasına başlayıb.
AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin noyabr ayının sonunadək davam edəcək layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi mövcud insan resursları üzrə strategiyanın təkmilləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində işçilər üçün bonus sisteminin tətbiqi, həmçinin işəgötürənin iş prosesinin təkmilləşdirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün USAİD tərəfindən 35 min ABŞ dolları həcmində qrant ayrılıb.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir və quruma 26 maliyyə təşkilatı üzv olub ki, bunun da 14-ü mikromaliyyə təşkilatıdır.
USAİD 1992-ci ildən indiyə kimi Azərbaycana 284 mln. ABŞ dolları məbləğində yardım göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR