Azərbaycan bank sisteminin maliyyə sektorundan cəlb etdiyi vəsaitin həcmi son bir ildə 2 dəfədən çox artıb

Azərbaycan bank sisteminin maliyyə sektorundan cəlb etdiyi vəsaitin həcmi son bir ildə 2 dəfədən çox artıb
# 31 oktyabr 2008 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının passivlərinin strukturunda 2008-ci ilin oktyabrın 1-nə 3 122,7 mln. manat və ya 31,5% maliyyə sektorundan alınmış kredit və depozitlərin payına düşüb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici il ərzində 1 734,14 mln. manat və ya 2,25 dəfə artıb.
Eyni zamanda, aktivlərin strukturunda maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 600 mln. manat (illik artım 53%), yəni ümumi aktivlərin 6,05%-ni təşkil edib. Yaranmış fərq passivlərdə əks olunmuş bankların maliyyə sektoru ilə kredit münasibətlərinin əsasən xarici maliyyə qurumlarının iştirak etməsi ilə izah olunur. Ümumilikdə, bankların maliyyə sektoruna olan öhdəliklərin həcmi tarixi maksimuma çatıb. Bu, ümumi likvidliyinin azalmasına birbaşa təsir etdiyinə görə, bank sistemi üçün ciddi təhlükə yaradır. Beləliklə, Azərbaycanda bankların maliyyə sektorundan alınmış kredit və depozitlərin həcmi verilmiş həcmi 5,2 dəfə üstələyir. Bir il əvvəl bu göstərici 3,5 dəfə olub:




Göründüyü kimi, bankların maliyyə sektorundan alınmış kreditlərin və depozitlərin həcminin verilmiş həcmini üstələməsi son illər ənənəvi xarakter aldığı halda, son iki il ərzində alınmış kredit və depozitlərin artım tempi kəskin yüksəlib. Bu isə anormal haldır, çünki Azərbaycan bank sisteminin xarici amillərindən asılılığını artırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR