Azərbaycanda «Sabirabad-Nəqliyyat» ASC-nin səhmlərinin 30%-i investisiya müsabiqəsində satışa çıxarılıb

Azərbaycanda «Sabirabad-Nəqliyyat» ASC-nin səhmlərinin 30%-i investisiya müsabiqəsində satışa çıxarılıb
# 04 noyabr 2008 07:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Sabirabad-Nəqliyyat» ASC-nin səhmlərinin 30,03%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
Sabirabad rayonunun Qalaqayın qəsəbəsində yerləşən səhmdar cəmiyyətinin nizamnamə kapitalı 332 340 manat, buraxılmış səhmlərinin sayı 166 170 ədəd, növü «sənədsiz adlı», bir ədədinin nominal dəyəri isə 2 manatdır. İnvestisiya müsabiqəsində satışa ümumi dəyəri 99 788 manat olan 49 894 ədəd səhm çıxarılıb. Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 148 786 manat, o cümlədən əməkhaqqı və ona bərabər borcları 4 800 manat, debitor borcları isə 87 667 manatdır.
İddiaçılar sərnişin daşımaları sahəsində xidmətlərin yaxşılaşdırılması, investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə İnvestisiya Proqramı təqdim etməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu dekabrın 1-dək davam edcək, müsabiqə təkliflərinin qiymətləndirilməsinə isə dekabrın 2-dən başlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR