Bakı Fond Birjası yanvar-oktyabr aylarında dövriyyəsini 93% artırıb

Bakı Fond Birjası yanvar-oktyabr aylarında dövriyyəsini 93% artırıb
# 04 noyabr 2008 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 7 356,703 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisinə nisbətən 92,77% çoxdur.
BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə bağlanmış əməliyyatların 97,42%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Qeyd edək ki, birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmayıb. Belə ki, korporativ qiymətli kağızlar sektorunda və notların ilkin bazarında azalma müşahidə olunub. Səhmlər üzrə ilkin bazarda həcmin azalması 23,85%, təkrar bazarda 96,85%, notların yerləşdirilməsi bazarında isə 11,87% təşkil edib. Ən böyük artım isə repo əməliyyatları sektorunda və notların təkrar bazarında müşahidə olunub:

Bazarın seqmentləri

Yanvar-oktyabr (2008)

Yanvar-oktyabr (2007)

Nisbət (%)

DQİ

(yerləşdirmə)

240 452 780,50

183 938 700,46

130,72

DQİ

(təkrar bazar)

86 694 093,86

16 499 194,24

525,44

Notlar

(yerləşdirmə)

1 324 593 318,50

1 503 074 317,30

88,13

Notlar

(təkrar bazar)

416 683 525,28

187 310 792,38

222,46

Repo əməliyyatları

5 098 839 357,28

1 623 655 304,82

314,03

Cəmi DQK bazarı

7 167 263 075,42

3 514 478 309,20

203,94

Korporativ istiqrazlar

(yerləşdirmə)

32 320 946,50

25 225 470,25

128,13

Korporativ istiqrazlar (təkrar bazar)

14 925 470,93

12 354 499,29

120,81

Səhmlər (yerləşdirmə)

139 644 076,67

183 386 528,40

76,15

Səhmlər (təkrar bazar)

2 549 671,20

80 835 354,52

3,15

Cəmi KQK bazarı

189 440 165,30

30 801 852,46

62,77


CƏMİ



7 356 703 240,72

3 816 280 16,66

192,77



DQİ – dövlət qısamüddətli istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR