ABA: Bank sektorundakı artım gələn ildən mülayim inkişaf tendensiyasına keçəcək

ABA: Bank sektorundakı artım gələn ildən mülayim inkişaf tendensiyasına keçəcək
# 24 noyabr 2022 10:52 (UTC +04:00)

Azərbaycan bank sektorunun likvid vəsaitlərinin həcmi artmağa davam edib, sektor olaraq likvidlik baxımından olduqca yaxşı mövqeyə sahib olmuşuq.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

“Belə ki, bankların nağd vəsaitləri, müxbir hesablardakı və maliyyə institutlarındakı depozitlərin həcmi son 12 ayda 25% artaraq 15,8 milyard manata çatıb ki, bu da ümumi aktivlərin 36%-ni təşkil edib. Pandemiyadan sonrakı dövrdə bank sektorundakı bu sürətli artım tempinin artıq növbəti ildən daha mülayim inkişaf tendesiyasına keçəcəyini gözləyirik. Bu isə sektorun yüksəlməsinə dəstək olaraq yeniliklərin tətbiqi üçün ən optimal dövr hesab edilir”, - deyə Z.Nuriyev əlavə edib.

Zakir Nuriyev həmçinin bildirib ki, bank sektorunda təkmilləşmənin ən vacib istiqamətlərindən biri məhz rəqəmsallaşmadır.

Onun sözlərinə görə, rəqəmsal transformasiyanın daha da nüfuz etdiyi müasir dövrdə dayanıqlı və rəqabətli bank sektorunun qurulması istiqamətində prioritet hədəflərdən biri də rəqəmsal bankların yaradılması ola bilərdi.

“Hesab edirik ki, ölkəmizdə maliyyə-bank sektorunda rəqəmsal transformasiyanın daha effektiv formada tətbiqi bank sisteminin rəqabət qabiliyyətinin daha da yüksəldilməsi, maliyyə yüksüzlüyünün genişləndirilməsi, bank xidmətlərində fiziki məkandan aslılığın aradan qaldırılması, xüsusən xərclərə qənaət edilməsi məqsədilə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazası formalaşdırma prosesi sürətləndirilə və dövrün tələblərinə uyğunlaşa biləcək daha da dinamik təməllər üzərinə keçirilə bilər”, - deyə Z.Nuriyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR