ADB Asiya ölkələri üzrə iqtisadi artım proqnozunu azaldıb 

ADB Asiya ölkələri üzrə iqtisadi artım proqnozunu azaldıb 
# 21 iyul 2022 10:18 (UTC +04:00)

Asiya İnkişaf Bankı (ADB) Asiya ölkələrində iqtisadi artımın azalacağını proqnozlaşdırıb.

APA-Economics” xəbər verir ki, bu barədə ADB-nin “Regional Economic Outlook” hesabatının iyul sayında bildirilib.

Məlumata görə, Bank Asiyanın inkişaf edən iqtisadiyyatları üzrə 2022-ci il üzrə iqtisadi artım proqnozunu 5,2%-dən 4,6%-ə və 2023-cü il üçün 5,3%-dən 5,2%-ə qədər azaldıb.

Bildirilib ki, Çində COVID-19-la bağlı tətbiq edilən məhdudiyyətlər, inkişaf etmiş iqtisadiyyatlarda sərtləşmə və Rusiyanın Ukraynaya uzun sürən işğalının nəticələri, daha aqressiv pul siyasəti səbəbindən iqtisadi perspektivlərin pisləşməsi ADB-ni iqtisadi artımla bağlı proqnozuna yenidən baxmağa məcbur edib.

Bank yanacağın və ərzaq qiymətlərinin yüksəlməsi fonunda inkişaf etməkdə olan Asiya iqtisadiyyatları üçün inflyasiya proqnozunu 2022-ci il üzrə 3,7%-dən 4,2%-ə və 2023-cü il üçün 3,1%-dən 3,5%-ə qədər yenidən artırıb.

"Bununla belə, Asiya ölkələrində inflyasiya təzyiqləri dünyanın digər regionlarından daha azdır",-deyə hesabatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR