AMB sədri: "Milli reytinq agentliyinin yaradılması imkanları nəzərdən keçirilir"

AMB sədri: "Milli reytinq agentliyinin yaradılması imkanları nəzərdən keçirilir"
# 29 iyul 2022 12:01 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən milli reytinq agentliyinin yaradılması imkanları nəzərdən keçirilir.

"APA-Economics" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, bu istiqamətdə AMB tərəfindən beynəlxalq təcrübə araşdırılır və bir sıra ölkələrin təcrübəsi öyrənilir.

"Hazırda daxili kredit reytinq agentliyinin yaradılması müzakirə edilir. Daxildə bu məsələ müzakirə edilir, beynəlxalq təcrübələr öyrənilir. Məqsədəuyğun olduğu təqdirdə bunu Azərbaycanda da yaratmaq istəyirik. Bunun da əsas üstünlükləri xüsusilə qiymətli kağızlar bazarı üçün daha çoxdur. Hüquqi şəxslərin maliyyə şəffaflığı ilə bağlı maliyyə idarəetmə baxımından əlavə tələblər istəniləcək. İyulun 14-də bazar iştirakçıları ilə görüşümüzdə sadəcə ümumi planlarımızı qeyd etmişdik. Əsas fokusumuz daha çox yerli bazardır və istəyirik ki, bu reytinqlər yerli bazar üçün kifayət qədər faydalı olsun”, - deyə AMB sədri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR