ARDNF-nin investisiya portfelinin 60%-i inkişaf etmiş ölkələrin payına düşür

ARDNF-nin investisiya portfelinin 60%-i inkişaf etmiş ölkələrin payına düşür
# 18 yanvar 2022 18:50 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 31 dekabr tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 60,6%, inkişaf etməkdə olan ölkələr üzrə – 20,3%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 6% təşkil edib. Sərmayələrin qalan hissəsini (13,1%) qızılın payına düşüb.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 7 regionu daxildir. Bunların sırasına Şimali Amerika (29,3%), Cənubi Amerika (0,1%), Avropa (28,2%), Yaxın Şərq (0,7%), Avstraliya / Yeni Zelandiya (1%), Asiya / Sakit Okean (21,6%) və Afrika (0,1) daxildir.

Qeyd edək ki, 2021-ci ilin 31 dekabr tarixinə ARDNF-nin investisiya portfeli 45 024,6 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR